“Güllələnmiş heykəllər”in Azərbaycana qaytarılmasına 500 min dollar xərclənib
““Güllələnmiş heykəllər”in alınması və Azərbaycana gətirilməsinə biz 500 min dollar xərclədik".
 
Senzor.az bildirir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
 
Heykəllərin Gürcüstandan Azərbaycan hökumətinin səyləri nəticəsində geri alınmasını vurğulayan direktor onların artıq tarixi yerlərində olduğunu diqqətə çatdırıb: "Bu heykəllərin Gürcüstanda metal kimi satılmasına cəhd belə olmuşdu. Lakin Azərbaycan və Gürcüstan hökumətlərinin köməyi ilə heykəlləri geri almaq mümkün oldu. Artıq həmin heykəllər bərpa edilərək Şuşada öz tarixi yerlərinə qaytarılıb".
 
O, eyni zamanda, kilsələrdən 800 yaşı olan freskanın ermənilər tərəfindən oğurlanması faktını da diqqətə çatdırıb: "2020-ci ilin 23 dekabrında erməni keşiş müsahibəsi zamanı demişdi ki, kilsədəki 800 illik freskanı qoparıb Ermənistana aparıblar".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.