
Senzor.az bildirir ki, bunları Prezident İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında deyib.
“Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”, - deyə dövlət başçısı vurğulayıb.