Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı son vəziyyəti müzakirə ediblər. Onlar aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən də danışıblar.
Ş. Mişel Azərbaycan və Ermənistan liderilərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi olduğunu deyib.
Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Mişel öz rəsmi “Tvitter” hesabında etdiyi paylaşımda bildirib ki, o, söhbət zamanı Putini Pasxa münasibətilə Mariupol və digər şəhərlərdən humanitar dəhlizlərin açılmasına çağırıb.