İsrailin maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün, aprelin 24-də Azərbaycana səfər edəcək. Senzor.az bildirir ki, bu barədə “Ynet” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Aviqdor Liberman Azərbaycan rəsmiləri ilə İsrailə neft, karbamid və buğda idxalını müzakirə edəcək.