ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya gəlib - FOTO
Aktual
ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Azərbaycanda səfərdədir. Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Tvitter”də məlumat yayıb.
"24-29 aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir", - paylaşımda deyilir.
We welcome Andrew Schofer, U.S. Department of State Senior Advisor for Caucasus Negotiations, to Baku April 24-29. The U.S. remains deeply committed to engaging bilaterally and multilaterally to promote a peaceful, democratic, and prosperous future for the South Caucasus.