Rusiya artıq S-500 (“Prometey”) hava hücumundan müdafiə sisteminin seriyalı istehsalına başlayıb.
Bu barədə “Almaz-Antey” hava kosmik müdafiə konserninin baş direktoru Yan Novikov məlumat verib.
“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 hava hücumundan müdafiə sisteminin seriyalı istehsalı təşkil olunub. Bu sistemin döyüş qabiliyyəti əvvəllər yaradılmış Zenit-Raket Sistemləri və Zenit-Raket Komplekslərinin imkanlarını xeyli üstələyir. S-500 gücünə görə Rusiya hava kosmik müdafiə qoşunlarının əsası olmağa qadirdir. O, dövlətin müdafiə sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunların tərkibinə daxil olacaq”, - Novikov “Nasionalnaya Oborona” jurnalına müsahibəsində bildirib.
APA xatırladır ki, S-500 "Prometey" yeni nəsil yer-hava tipli hava hücumundan müdafiə sistemlərinə aiddir. S-500-ün hədəfi vurma radiusu təxminən 600 kilometrdir.