Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Senzor.az biildirir ki, bunu jurnalistlərə açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
“Komissiyanın iclası 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçiriləcək. Biz müraciətləri araşdıracağıq. Bütövlükdə əfv hüququ Prezidentin müstəsna səlahiyyətidir. Komissiya yalnız müraciətlərlə bağlı rəyini Prezidentə təqdim edir", - deyə Ə.Nuriyev bildirib.