Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.
Məlumata görə, Ərdoğan Putinlə söhbətində bildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında İstanbul danışıqları zamanı müşahidə olunan sülhə müsbət münasibətin saxlanılması bütün tərəflərin maraqlarına cavab verir.
Türkiyə lideri atəşkəsin, humanitar dəhlizlərin effektivliyinin və döyüş bölgələrindən təhlükəsiz evakuasiyanın vacibliyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, bütün tərəflərin maraqlarına ziyan vurmaq təhlükəsi daşıyan proseslər dayandırılmalıdır.
Türkiyə Prezidenti Ankaranın bundan sonra da Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün təmin olunmasına öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Eyni zamanda, Ərdoğan İstanbul danışıqları prosesində mühüm mərhələ kimi Rusiya Federasiyası və Ukrayna prezidentlərinin görüşünün keçirilməsi ideyasını yenidən dilə gətirib.