
UNİAN xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur: "Ordumuz hərbi texnikasız qalıb. İndi biz bunun nəticələrini kəskin hiss edirik".
Dövlət başçısı vurğulayıb ki, Moldova hərbi-siyasi vəziyyətin möhkəmləndirilməsində digər neytral dövlətlərin təcrübəsindən öyrənməlidir: "Bu, ölkənin təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayədir".
Prezident söz verib ki, silahlı qüvvələrin baş komandanı kimi Moldova ordusunun və milli müdafiə sisteminin modernləşdirilməsi üçün səylər göstərəcək.