Yanğınla bağlı məlumat saat 17:26-da daxil olub, 9 dəqiqədən sonra ilk yanğınsöndürmə maşınları cəlb olunub.
Senzor.az bildirir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yanğının ciddiliyi nəzərə alınaraq ən yüksək dərəcəli yanğısöndürmə tapşırığı verilib: “Əvvəcə 35 yanğınsöndürmə avtomobili cəlb olunmuşdu. Sonra 2 helikopter də cəlb olundu. Helikopterlər hava qaralana qədər burada işlədilər”.
Nazir bildirib ki, ilkin ehtimala görə, yanğın sahəsinin kənarında karton tullantıları olub və yanğının oradan başladığı ehtimal edilir: “Bu, müəssisənin özünün müşahidə kameralarında da var”.
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğınla bağlı başladılan cinayət işi barədə danışarkən nazir vurğulayıb ki, bu məsələdə bəzi istintaq sirləri olduğundan onları açıqlaya bilməyəcək: “İstintaqın gedişi barədə məlumat veriləcək”.
K.Heydərov onu da bildirib ki, hadisə ciddi olduğundan ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilib.
O əlavə edib ki, yanğınsöndürmənin gedişatı haqda da mütəmadi olaraq məlumat verilir: “Sonuncu məlumatlar bir neçə dəqiqə əvvəl verilib”.
Nazir, həmçinin qeyd edib ki, yanğın zamanı 5 min kvadrat ərazi yanıb, artıq 4 min kv. metr ərazidə yanğın söndürülüb: “Hazırda soyutma və söndürmə işləri 1000 kvadratmetr ərazidə gedir. Bir saata və ya bir saat yarıma yanğın lokallaşdırılacaq və bitəcək. Közərmə isə səhərə qədər davam edəcək. Burada növbətçi maşınlar qalacaq”.
K.Heydərov daha bir mühüm məqamı qeyd edib: xəsarət alan və ya yanğından zəhərlənən olmayıb.
Senzor.az