Ukrayna cümə günü, martın 29-da Mariupoldakı "Azovstal" zavodunda qalan mülki vətəndaşları şəhəri müdafiə edən döyüşçülərlə birlikdə təxliyə etməyə ümid edir.
Senzor.az bildirir ki, bu barədə “Reuters” Ukrayna Prezidentinin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
"Bu gün mülki şəxslərin zavoddan çıxarılması üçün əməliyyat planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Mariupol şəhərini ələ keçirsə də, bir neçə mərtəbəli dərin yeraltı sığınacaqları olan zavoda nəzarət edə bilmir...
Bu arada ABŞ Müdafiə Nazirliyi Rusiyanın müstəqil Ukrayna ərazisinə davam edən genişmiqyaslı hərbi müdaxiləsi fonunda Moskvanın işğalçı qoşunların bir hissəsini artıq Mariupoldan çıxarmağa başladığı barədə məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın bəzi bölmələri Mariupolu tərk edərək şimal-qərbə doğru irəliləyir. Pentaqonun məlumatına görə, hələ də şəhər uğrunda döyüşlər davam edir. Nazirliyin rəsmisi qeyd edib ki, Rusiya hərbçiləri Mariupola tam nəzarət etmirlər və buna görə də işğalçılar həm raket, həm də hava zərbələri endirməkdə davam edir.
Onun sözlərinə görə, əgər şəhər tamamilə alınıbsa, onu bombalamağa davam etməyə ehtiyac yoxdur.