Ukrayna lideri Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin İndoneziyada keçiriləcək G20 sammitinə dəvət olunublar.
Bu barədə France-Presse Agentliyi məlumat yayıb.
Bundan əvvəl Zelenski İndoneziya Prezidenti Coko Vidodo ilə danışıqlar apardığını və onu G20 sammitinə dəvət etdiyinə görə həmkarına təşəkkür etdiyini bildirmişdi.
Sözügedən sammit ilin sonunda Bali adasında keçiriləcək. Hələlik nə Vladimir Putin, nə də Vladimir Zelenski görüşlərinin keçirilə biləcəyi G20-yə gedəcəklərini rəsmi şəkildə təsdiqləməyib.
Bununla belə, İndoneziya Prezidenti Putinlə dünənki söhbətdən sonra bildirib ki, Rusiya Prezidenti noyabrda keçiriləcək sammitə gəlmək planlarını təsdiqləyib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı idi.
Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Rusiyanın G20-dən çıxarılmasının əleyhinə olub.