
Senzor.az bildirir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.Onun sözlərinə görə, görüş mayın 2-də olacaq.
“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.
Xatırladaq ki, H.Hacıyevlə A.Qriqoryan bundan əvvəl də (martın 30-da-red.) Brüsseldə görüşmüşdülər. O vaxt Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat yayaraq bildirmişdi ki, görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək olub.