Avropa İttifaqı (Aİ) ölkələri gələn həftə Rusiya neftinə mərhələli embarqonu təsdiqləyəcəklər.
Bu barədə "The New York Times" məlumat yayıb .
Aİ üçün bu planın konturlarını razılaşdırmaq bir neçə həftə çəkib və intensiv danışıqlar həftə sonu davam edəcək. Bundan sonra Avropa Komissiyası təsdiqlənmək üçün Aİ səfirlərinə yekun təklif hazırlayacaq.
Bir neçə rəsmi şəxsin və diplomatın sözlərinə görə, səfirlər çərşənbə günü görüşəcəklər və həftənin sonuna qədər sənədin yekun təsdiqi gözlənilir.
Neft embarqosu Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinin ən böyük və ən mühüm hadisəsi olacaq. Paket həmçinin Rusiyanın ən böyük bankı "Sberbank" və bəzi yüksək vəzifəli məmurlar üçün məhdudiyyətləri əhatə edəcək.
Qəzet yazır ki, Macarıstan süni maneələr yaratmasa, proses Aİ liderlərinin görüşü olmadan başa çatdırılmalıdır ki, bu da 27 dövlət başçısının hamısının cəlb olunması kimi mürəkkəb prosedurdan qaçmağa imkan verəcək.
Ukraynanın işğalı zamanı neftinin təxminən üçdə birini Rusiyadan idxal edən Almaniyanın mövqeyi bu yanaşmanın inkişafında həlledici rol oynadı. Almaniyanın energetika naziri Robert Habek bildirib ki, son həftələrdə Almaniya bu rəqəmi 12%-ə endirməyə nail olub.
Publika.az xatırladır ki, Avropanın ən böyük neft tədarükçüsü olan Rusiya Aİ-nin illik ehtiyacının təxminən dörddə birini təmin edir. Bu, Rusiyanın bütün ixracatının təxminən yarısı deməkdir. Avropa neft çatışmazlığını Fars körfəzi ölkələri, Nigeriya, Qazaxıstan və Azərbaycan kimi digər mənbələrdən idxalı artırmaqla kompensasiya etmək niyyətindədir.