Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,75 dollar artaraq 109,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,67 dollar ucuzlaşaraq 104,69 dollar olub.
Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,45 dollar artaraq 112,62 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınmışdı - 135,99 dollar.
Onu da xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.