"Ankara ilə Ər-Riyad arasında dialoq İslam dünyasında sabitliyə töhfə verəcək" - ƏRDOĞAN TƏYYARƏDƏ JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRDI
FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük səfərini iki ölkə münasibətlərində yeni dövrün xəbərçisi adlandırıb.
 
Senzor.az
-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, Türkiyə liderini Ər-Riyada səfərdə müşayiət edən jurnalistlərlə təyyarədəki söhbətində Ərdoğan qeyd edib ki, yüksək səviyyəli danışıqlar zamanı hər iki ölkənin nümayəndələri qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün aydın siyasi iradə nümayiş etdiriblər. “Türkiyə regionda qarşılıqlı fayda və sabitliyin təmin edilməsi üçün səy göstərməyə hazırdır. Ümid edirəm ki, Ankara və Ər-Riyad arasında dialoq İslam dünyasında sabitliyə və həmrəyliyə töhfə verəcək”, - deyə Ərdoğan bildirib.
 
Türkiyə Prezidenti qeyd edib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrindən sonra türk investorları üçün bu ölkənin böyük iqtisadi potensialından yenidən istifadə etmək mümkün olub. O xatırladıb ki, Səudiyyə Ərəbistanı EXPO-2030 ümumdünya sərgisinə ev sahibliyi etməyə iddialılardan biridir. Ərdoğan bildirib ki, Ankara bu məsələ ilə bağlı Ər-Riyadın müraciətini dəstəkləyəcək. 
Türkiyə Prezidenti həmçinin Yaxın Şərqdəki böhranlı vəziyyətlərin həllində ölkəsinin vasitəçiliyini istisna etməyib. “Türkiyə region ölkələri ilə düşmənçilik yox, dostluq axtarır. Biz əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, - deyə o əmin edib.
 
Türkiyə lideri Ankara ilə Təl-Əviv arasındakı dialoqla bağlı deyib: “Biz realist olmalıyıq. Bölgədəki prosesləri və sülhü təmin etmək səylərini nəzərə alsaq, İsrail və Türkiyənin bir-birinə ehtiyacı olduğunu qeyd etmək yerinə düşər”.
 
Misirlə münasibətlərin normallaşdırılması mövzusuna toxunan Türkiyə Prezidenti deyib ki, Ankara İsraillə olduğu kimi,  Qahirə ilə də bənzər dialoq qurmağa hazırdır. "Müsbət nəticələr ən yüksək səviyyədə addımların atılmasına töhfə verə bilər", - Türkiyə lideri vurğulayıb.
 
Ərdoğan xatırladıb ki, Ankara ilə Qahirə arasında artıq xüsusi xidmət orqanları, Xarici İşlər nazirlikləri və işgüzar dairələrin nümayəndələri səviyyəsində dialoq qurulub.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.