NATO Avropanın 9 ölkəsində təlimlərə başladı
NATO-nun Avropanın doqquz ölkəsində təlimləri başlayıb.
 
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, , bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Polşa və digər 8 ölkədə başlayacaq NATO təlimində 18 minə yaxın əsgər iştirak edəcək.
 
Mayın 1-dən 27-dək Polşada "Defender Europe 2022" (DE22) və "Swift Response 2022" (SR22) təlimləri keçiriləcək. 20-dən çox ölkədən ümumilikdə 18 min əsgər və 3 000 texnika artıq Polşa ərazisindədir.
 
Polşadakı təlimlərdə ABŞ, Fransa, İsveç, Almaniya, Danimarka və Böyük Britaniya hərbçiləri də iştirak edəcək. Polşa əsgərləri də öz növbəsində Litva və Latviya ərazisində təlimlərdə iştirak edəcəklər.
 
"Defender Europe 22" təlimləri ABŞ Silahlı Qüvvələri tərəfindən təşkil edilir. Təlimlər ABŞ və NATO müttəfiqləri arasında hazırlıq və qarşılıqlı fəaliyyətin formalaşdırılmasına yönəlib.
 
Təlimlərə Polşa tərəfdən "F-16", "Su-22" təyyarələri, "Mi-24" helikopterləri cəlb olunacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.