Mədəniyyət naziri Anar Kərimov ABŞ-a gedib
RƏSMİ SƏFƏR
Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfərə gedib.
 
Senzor.az Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Anar Kərimov səfərin ilk günü Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb.
 
Kitabxana ilə yaxından tanışlıqdan sonra bir sıra görüşlər keçirilib. Eləcə də zəngin və rəngarəng Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən bir sıra kitablar Konqres Kitabxanasının Afrika və Orta Şərq ölkələri bölməsinin rəhbəri Lanisa Kiçinerə hədiyyə olunub.
 
Həmçinin nümayəndə heyətinə kitabxananın Azərbaycan tarixi və mədəniyyəti güşəsi barədə ətraflı məlumat verilib. Burada ölkəmizlə bağlı gerçəkləşən araşdırmalar barədə informasiya təqdim olunub.
 
Mujgan Nazimova Kitabxananın Azərbaycan kolleksiyası və kataloqları ilə bağlı təqdimatla çıxış edib.
 
Təqdimatlar üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirən A.Kərimov bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
 
Qeyd edək ki, proqram üzrə bu qəbildən olan görüşlərin, həmçinin Azərbaycan Mədəniyyəti gecəsi çərçivəsində caz konsertin  keçirilməsi də planlaşdırılır. 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.