“Müqavimət” hərəkatı vətəndaşları İrəvandakı Fransa meydanına çağırdı - “SABAH ŞÖX VACİB GÜNDÜR...”
“Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan vətəndaşları çərşənbə günü saat 15:30-da Fransa meydanına toplaşmağa çağırıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, baş nazir Nikol Paşinyanın istefası tələbini rəsmən məhz orada elan edəcəyini söyləyib.
 
İ.Saqatelyan vətəndaşları səhər tezdən itaətsizlik aksiyalarını davam etdirməyə səsləyərək, saat 12:00-dan 14:00-a kimi prosesi gücləndirməyi xahiş edib. O, tələbələrin dərsdən yayınmalarını, vətəndaşların tətil etmələrini və Fransa meydanına toplaşmalarını rica edib.
 
"Sabah saat 16:30-da parlamentdə hökumət saatı keçiriləcək və Paşinyan orada olacaq. Biz tələbimizi ona təqdim etməliyik. Sabah çox vacib gündür və hər birinizin iştirakı çox vacibdir. Sıralarımız gündən-günə genişlənir və biz sona qədər gedəcəyik”, - deyə müxalifətçi vurğulayıb.
 
İ.Saqatelyan əlavə edib ki, Paşinyan və komandasının istefasından sonra ölkədə müvəqqəti milli barışıq hökuməti yaradılacaq və o,  birpartiyalı olmayacaq: “O, ölkəni bu vəziyyətdən çıxara biləcək imkanları və peşəkar kadrları olan bütün qüvvələrdən formalaşacaq. Artıq qara və ağ, sabiqlər və indikilər olmayacaq".
 
İ.Saqatelyan çərşənbə axşamı keçirilən etiraz aksiyaları və itaətsizlik zamanı 250-dən çox iştirakçının həbs olunduğunu da bildirib.
 
Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Dağlıq Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub.
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.