ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb.
Senzor.az bildirir ki, bu barədə tənzimləyicinin özü açıqlama yayıb.
Faizin artırılması qərarı FED-in bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Bu, 2000-ci ildən bəri ən yüksək artımdır.
FED faizlərini bu ilin mart ayında 0,25 bənd artıraraq 0,25%-0,50% aralığına çatdırmışdı.
Yeri gəlmişkən, faiz dərəcələrini bazar gözləntiləri istiqamətində artıran FED, iyun ayında balansını azaltmağa başlayacağını da açıqlayıb.
Ekspertlər xatırladırlar ki, valyuta üzrə faiz dərəcələri onun faktiki dəyərini ifadə edir. Bu səbəbdən də, bir qayda olaraq, faiz artımı beynəlxalq maliyyə bazarlarında valyutaların bahalaşmasına səbəb olur.
Lakin iddia olunur ki, bu dəfə FED-in qərarı investorlar üçün gözlənilən olduğundan, əks effekt verib və dollar digər valyutalar qarşısında ucuzlaşmağa başlayıb.