
Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, səfər zamanı Kamran Əliyev Avropa Prokurorlarının Məşvərətçi Şurasının, İtaliyanın Ədliyyə və Xarici İşlər nazirliklərinin Avropa Şurası ilə birgə təşkil olunan Avropa Prokurorları Konfransında iştirak edəcək.
Konfrans çərçivəsində bir sıra xarici dövlətlərin Baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.