Baş Qərargah rəisi Kəlbəcərdəki hərbi hissələrin döyüş hazırlığını yoxladı - FOTO
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
 
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
 
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.
 
General-polkovnik K.Vəliyev dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşərək onun qayğıları ilə maraqlanıb, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb, gələcək xidmətlərində uğurlar arzulayıb.
 
Sonra Baş Qərargah rəisi hərbi birliyin komandir-rəis heyəti ilə xidməti müşavirə keçirib. General-polkovnik K.Vəliyev Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
 
Sonda müasir ümumqoşun döyüşünün aparılması üsulları nəzərə alınmaqla bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi ilə əlaqədar müdafiə nazirinin göstərişləri aidiyyəti üzrə şəxsi heyətə çatdırılıb.

















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.