“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiqləşdirillib.
Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədindədir - Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi).
Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyən edilib.