
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Bu yaxınlarda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Mərkəzi Nəbatat Bağının ərazisi üçün hazırlanan unikal layihə əsasında əsaslı yenidənqurma işlərinin aparılmasına başlanılacaq.
Bununla əlaqədar olaraq hazırda burada təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür və qısa zaman ərzində burada yeni layihəyə uyğun sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq”, - deyə BŞİH-dən vurğulayıblar.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 25 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.