Zelenski G7 liderlərinin virtual görüşündə çıxış etdi - RUSİYA İLƏ MÜHARİBƏDƏ UKRAYNANIN HƏDƏFLƏRİNİ AÇIQLADI
G7 ölkələrinin liderlərinin virtual formatda görüşü keçirilib.
 
Senzor.az
bildirir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen "Twitter"də məlumat verib.
 
"Bu gün Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə biz G7 ölkələri Rusiyanın işğalı qarşısında Ukraynaya dəstəyimizi necə gücləndirəcəyimizi müzakirə etdik.
 
Ölkə iqtisadiyyatının işləməsi üçün əlavə maliyyə yardımı və Ukraynanın ixracına, xüsusilə də kənd təsərrüfatı mallarının ixracına kömək üçün addımların atılması barədə danışdıq. Avropa Komissiyası Ukraynanın yanındadır", - Ursula fon der Lyayen bildirib.
 
Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin virtual görüşündə çıxış edərək Rusiya ilə müharibədə ölkəsinin əsas hədəflərini açıqlayıb.
 
Ukrayna Prezidenti çıxışı zamanı qeyd edib ki, ölkə bundan sonra da öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək.
 
Zelenskinin sözlərinə görə, Rusiyaya qarşı müharibədə Ukrayna üçün əsas hədəflər Rusiya hərbçiləri və texnikasının ölkə ərazisindən tamamilə çıxarılması, eləcə də Ukraynanın gələcəkdə özünü müdafiə edə bilməsini təmin etməkdir.
 
Prezident vurğulayıb ki, o, bu işlərdə Ukraynanın beynəlxalq müttəfiqlərinə, o cümlədən G7 liderlərinə ümid edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.