Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesi haqda danışdı - “BU ONUN ÜÇÜN BİR XƏBƏRDARLIQDIR”
Ukraynadakı müharibə fonunda Avropa İttifaqının (Aİ)  öz inkişafının yeni tarixini yazmasının vaxtı çatıb. 
 
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 May - Avropa Günü ilə bağlı bəyanatında belə deyilir.
 
Türkiyə lideri təəssüflə vurğulayıb ki, Aİ son illərdə ayrı-ayrı dövlətlərin qısamüddətli maraqlarının təsiri altına düşərək, bəyan etdiyi məqsədlərindən uzaqlaşır.
 
 
Dövlət başçısı xatırladıb ki, Avropa Günü Türkiyədə 1999-cu ildən, ölkəyə rəsmi olaraq namizəd ölkə statusu verildiyi vaxtdan qeyd edilir.
 
Prezident Şulman Bəyannaməsinin əsasını təşkil edən ideyalara, yəni Avropa ölkələri arasında münasibətlərdə ziddiyyətlərin və fikir ayrılıqlarının qarşısının alınması, qitədə sülhün, inkişafın və sabitliyin təmin edilməsi istiqamətində qarşılıqlı inteqrasiyaya diqqət çəkib.
 
Ərdoğanın sözlərinə görə, bu gün Avropanın tam mərkəzində, bütün dünyanın gözü qarşısında faciə baş verir ki, bu da Aİ üçün xəbərdarlıqdır: “Müasir Avropanın həmrəyliyə və əməkdaşlığa, ən əsası isə cəsarətli və konseptual mövqeyə həmişəkindən daha çox ehtiyacı var. Bu gün Türkiyə təkcə namizəd ölkə və NATO üzvü deyil, həm də qitədəki problemlərin qarşısının alınmasına mühüm töhfə verən güclü və əhəmiyyətli tərəfdaşdır”.
 
Türkiyə Prezidenti diqqəti Ukraynadakı müharibənin təhlükəsizlik, miqrasiya, təchizat zəncirləri və enerji resursları kontekstində bütün dünya ictimaiyyəti üçün mənfi nəticələrinə yönəldib.
 
Onun sözlərinə görə, mövcud vəziyyət Türkiyənin Avropa İttifaqı üçün strateji əhəmiyyətini bir daha ortaya qoydu. “Ortaq dəyərləri müdafiə edərək ümumi məqsədlərə və ümumi maraqlara diqqət yetirməyin vaxtı çatıb. Türkiyə ilə Aİ arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi vacibdir ki, bu da hər iki tərəfin maraqlarına uyğundur”, - Ərdoğan xüsusi qeyd edib.
 
Ərdoğan onu da vurğulayıb ki, bütün maneələrə baxmayaraq, Ankara konstruktiv mövqeyini qoruyur, səbirlə və qətiyyətlə Aİ-yə tam üzvlük hədəfinə doğru irəliləməyə davam edir: “Bu, Aİ-nin gələcəyinin qurulması, hörməti və təhlükəsizliyi baxımından vacibdir”.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.