Ermənistan müxalifəti söz verdi
MAYIN 10-da İRƏVAN İFLİC VƏZİYYƏTİNƏ SALINACAQ
Mayın 9-da Ermənistanda müxalifətin yürüşü bütün paytaxt boyunca davam edib.
 
Senzor.az “Sputink Armeniya”ya istinadən bildirir ki, nümayişçilər İrəvanın Fransa meydanından yürüşə başlayıblar. Onlar Baqramyan prospektinə qədər yürüş ediblər.
 
Daha sonra Proşyan küçəsinə gedərək oradan geri – Fransa meydanına  qayıdıblar.
 
"Müqavimət" hərəkatının liderlərindən olan İşxan Saqatelyan burada keçirilən mitinqdə hökumət binalarının bloklanacağını istisna etməyib. 
 
"Sabah, birincisi, fəhlə və tələbə tətili elan edirik. İkincisi, hərə küçəyə özü ilə bir vətəndaş da çıxarır. Əgər sabah biz itaətsizlik aksiyalarına başlasaq və zəruri hallarda dövlət və hökumət binalarını bloklasaq,  hakimiyyəti qəti şəkildə diz üstə qoyacağıq", - deyə Saqatelyan bildirib. Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətdə olduğu hər yeni gün ölkənin maraqlarına cavab vermədiyi üçün onu-ölkəni “iflic etmək” lazımdır. 
Saqatelyan qeyd edib ki, aksiyalar dörd istiqamətdə keçiriləcək. Yürüş Qaya küçəsindən, Raffi küçəsindən, 15-ci məhəllədən və Dəmir yolu vağzalının binasından başlayacaq.
 
Yürüşlər eyni vaxtda - saat 12:00-da başlamalı və şəhəri iflic etməlidir. O, həmçinin fərdi aksiyalar keçirməyə çağırıb, onların məqsədi polisi  disorientasiya etməkdir. Yəni elə etmək lazımdır ki, polis hər şeyə reaksiya verməyə macal tapmasın.
 
Bir sözlə, mayın 10-da İrəvanda sürprizlər yaşana bilər. Gözləyək...
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.