
Senzor.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, həmin şəxslər uzun illər ərzində - təxminən 30 il erməni xalqına yalan vədlər verən, illuziyalarla yaşayan və Ermənistanı bugünkü uçurum vəziyyətinə gətirən adamlardır: “Bu, hakimiyyət uğrunda olan mübarizənin tərkib hissəsidir. Burada yenidən Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Təbii ki, biz bu proseslərə baxırıq, izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda beş-altı min adam belə yoxdur. Bu da bir daha onu göstərir ki, artıq bu yalan vəd və illuziyalardan Ermənistan cəmiyyəti də yorulub”.