Müxalifət İrəvanda 4 istiqamətdə etiraz yürüşü keçirir – SAXLANILANLAR VAR
VİDEO
Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın başçılıq etdiyi bir qrup fəal İrəvanın Nor-Nork səmtində küçələrdən birini bağlayıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bundan sonra xüsusi təyinatlı polis qüvvələri etirazçıları saxlayıb.
 
Xüsusən də qadınlara qarşı sərt davranılıb. Bununla bağlı yayılan videodan görünür ki, erməni qadına ərazisən uzaqlaşması barədə xəbərdarlıq edilsə də, o buna məhəl qoymur. Nəticədə polis qadına güc tətbiq edir. 
 
Ümumiyyətlə, bu saata olan məlumata görə, polis bölmələrinə 35 nəfər aksiya iştirakçısı aparılıb.
 
Hazırda İrəvanın 4 fərqli hissəsində etiraz yürüşləri davam edir. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
 
Axşam “Fransa” meydanında müxalifətin birgə mitinq keçirməsi gözlənilir.
 
Yeri gəlmişkən, dünən axşam keçirilən mitinqdə "Müqavimət" hərəkatının liderlərindən olan İşxan Saqatelyan bu gün bəzi hökumət binalarının bloklanacağının anonsunu vermişdi. 
 
"Mayın 10-u nələr edəcəyik: birincisi, fəhlə və tələbə tətili elan edirik. İkincisi, hərə küçəyə özü ilə bir vətəndaş da çıxarır. Əgər sabah biz itaətsizlik aksiyalarına başlasaq və zəruri hallarda dövlət və hökumət binalarını bloklasaq,  hakimiyyəti qəti şəkildə diz üstə qoyacağıq", - deyə Saqatelyan bildirmişdi.
 
O, həmçinin fərdi aksiyalar keçirməyə çağırmışdı. Demişdi ki, məqsəd polisi  disorientasiya etməkdir. Yəni elə etmək lazımdır ki, polis hər şeyə reaksiya verməyə macal tapmasın.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.