Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşü keçirilə bilər
Rəsmi Ankara Kiyev və Moskva arasında atəşkəsə nail olmaq üçün çalışır. Diplomatik mənbələr toqquşmalar fonunda danışıqlar prosesinin davam etdiyini açıqlayıblar.
 
TRT Haber-in məlumatına görə, vəziyyətin getdikcə pisləşdiyini qiymətləndirən mənbələr yaxın günlərdə baş tutması gözlənilən mühüm görüşə diqqət çəkiblər.
 
Birləşmiş Millətlər Təşkilatının humanitar təmas qrupu yaratmaq təklifinin olduğunu qeyd edən mənbələr Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında bu çərçivədə yaxın günlərdə danışıqların davam edə biləcəyini bildiriblər. Eyni zamanda, tərəflər arasında texniki görüşlərin keçirilə biləcəyi vurğulanıb.
 
Diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına da diqqət çəkiblər.
 
“Beşlik” (BMT TŞ üzvləri - red.) və əlaqəli ölkələrlə danışıqların davam etdiyi bildirilib. Qeyd olunur ki, bu ölkələr hələlik tərəflərə təklif təqdim etməyiblər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.