
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
**16:53

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov “Teleqram”da məlumat yayıb.
Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.
**12:24

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də yazıb.
Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşəbədə səfərdə olacağını bildirib.
“Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Xarici işlər naziri MDB ölkələrindən olan digər həmkarları ilə də görüşlər keçirəcək”, - Ermənistan XİN sözçüsü bildirib.
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb. XİN-dən C.Bayramovun səfər çərçivəsində bir sıra görüşlərinin nəzərdə tutulduğu da bildirilib.