Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparmaq üçün Tehrana gəlib.
Senzor.az İran dövlət televiziyasına istinadən bildirir ki, Qətər Əmirini Tehranın Mehrabad hava limanında İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər qarşılayıb.
Səfər zamanı Əl Tani İran İslam Respublikasının Prezidenti ilə danışıqlar aparacaq, tərəflər ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcəklər.
Çox güman ki, əvvəllər İran və ABŞ arasında vasitəçi rolunu oynamağa cəhd edən Qətər tərəfi nüvə sazişi üzrə dalana dirənmiş danışıqları canlandırmağa çalışacaq.
Xatırladaq ki, Vyanada nüvə sazişi üzrə danışıqlar martın 11-də, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın “xarici terror təşkilatları” siyahısından çıxarılması tələbi ilə bağlı dayandırılıb.
Onu da qeyd edək ki, Əl Taninin səfəri Vyana danışıqlarının koordinatoru və Aİ-nin baş müzakirəçisi Enrike Moranın Tehrana səfəri ilə eyni vaxta təsadüf edib.
Senzor.az