
Senzor.az bildirir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 3,8% və ya 4,1 dollar artaraq 1 barelə görə 111.55 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin qiyməti isə 4,1% və ya 4,4 dollar artaraq 110.49 dollara yüksəlib.
Dünya bazarında Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiyməti də artıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,8% artaraq 117.25 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınmışdı - 135,99 dollar.
Onu da xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.