Rusiya fevralda Ukraynada hücuma cəlb etdiyi quru qüvvələrinin artıq 1/3-ni itirib.
“UNİAN” xəbər verir ki, Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda belə deyilir.
Qeyd olunub ki, Donbasda hücumun tempi azalıb, qrafikdə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə geri qalır. Rusiya son ayda əhəmiyyətli əraziləri nəzarətə götürə bilməyib, ancaq ciddi itkilər verməkdə davam edir.
Britaniya kəşfiyyatının proqnozuna görə, körpü və kəşfiyyat avadanlığı, müşahidə və kəşfiyyat pilotsuz aparatlarının çoxsaylı itkisi quru qüvvələrinin itkisini daha da artıracaq. Artıq Rusiya Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri qarşısında çox zəif olan pilotsuz aparatların çatışmazlığı ilə üzləşib.
“Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə tempinin sürətlənməsi mümkün deyil”, - məlumatda vurğulanıb.