Türkiyə iki il ərzində "Altay" adlı əsas döyüş tankının kütləvi istehsalına başlayacaq.
Bu barədə "CNN Türk" məlumat yayıb.
65 tonluq tanklar "Aselsan" tərəfindən hazırlanıb və aktiv müdafiə sistemi ilə təchiz olunub. Bu sistem onu tank əleyhinə müasir raket kompleksləri, o cümlədən “Javelin” üçün əlçatmaz edir.
İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Tank yeni nəsil zirehlərlə təchiz olunacaq, atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək.
“Altay”ın istehsalı üzrə müqavilə 2018-ci ildə Türkiyənin Müdafiə Sənayesi Departamenti ilə BMC arasında imzalanıb və 500 milyon dollar dəyərində qiymətləndirilir. İlkin mərhələdə 250 tankın istehsalını nəzərdə tutur.
“Altay” Türkiyə Ordusunun xidmətində olan "Leopard" və M60 tanklarını əvəz edəcək.