Türkiyə Ordusu pilotsuz helikopterlə xidmətə keçir
ÇƏKİSİ 250 KİLOQRAMDIR
Türkiyə Ordusu kəşfiyyat məsələlərinin yerinə yetirilməsində, döyüş patrulu aparılmasında, silah və yük çatdırılmasında istifadə olunacaq dörd pilotsuz helikopter alacaq.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, süni intellektli ilk helikopter Ordu tərəfindən yaxın zamanlarda terrorçuluqla mübarizədə istifadə ediləcək. Belə platformalara xüsusilə Türkiyənin Suriya ilə sərhədlərində vaxtaşırı həyata keçirilən anti-terror əməliyyatlarında ehtiyac duyulur. Bununla yanaşı, pilotsuz helikopterlərdən meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.
 
İstehsalçı şirkətdən bildiriblər ki, pilotsuz helikopter alınması üçün artıq xaricdən, əsasən neft hasil edən ölkələrdən də müraciətlər daxil olur.
 
Çəkisi 250 kiloqram olan helikopter bir o qədər də faydalı yük götürə bilir. O, 8 saat ərzində havada qalmaq və 6,5 kilometr hündürlüyə qalxmaq qabiliyyətinə malikdir. Həmçinin pilotsuz uçuş aparatlarından fərqli olaraq, buluddan aşağıda uça bilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.