
Senzor.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Respublikası Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının Prezidentinə raport verib.
Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
