Azərbaycan və Belarus baş nazirləri arasında danışıqlar – SƏNƏDLƏR İMZALANDI
Azərbaycanın Baş naziri Əli Əsədov bu gün ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
 
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib
 
Görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirilib, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
 
Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirilib.
 
Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq 2021-ci ildə Azərbaycan-Belarus ticarət dövriyyəsinin artdığı bildirilib.
 
Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulanıb.
 
Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirilib.
 
Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
 
Görüşün sonunda baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalanıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.