“Əməliyyat başa çatıb, "Azovstal" azad edilib...” - ŞOYQU PUTİNƏ MƏRUZƏ ETDİ
YENİLƏNİB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Azovstal” və Mariupolun ukraynalı yaraqlılardan tam azad edilməsi və  əməliyyatın başa çatması barədə Prezident Vladimir Putinə məruzə edib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

 

“Bu il aprelin 21-dən “Azov” nasist dəstəsinin tərkibində olan bir qrup ukraynalı yaraqlının blokadaya alındığı Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisi tamamilə azad edilib”, - general bildirib.

 

Onun sözlərinə görə, zavodun yeraltı qurğuları tam Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib. “Azov”un “komandiri”nin də təslim olduğu qeyd edilir.

 

Ümumilikdə, əməliyyat zamanı (mayın 16-dan etibarən) zavodun ərazisində blokadaya alınmış 2439 “Azov” nasisti və Ukrayna hərbçisi silahı yerə qoyaraq təslim olub.

 

General onu da qeyd edib ki, təslim olmuş “Azov” milli batalyonunun komandiri (onun döyüşçülərinə qarşı Rusiya Federasiyasında cinayət işi başlanıb) yerli sakinlərin repressiyasına məruz qalmasın deyə “Azovstal”ın ərazisindən zirehli maşınla çıxarılıb. 

 

Öz növbəsində Volodimir Zelenski Mariupoldakı “Azovstal” zavodunda rus hərbçilərinə təslim olan Ukrayna təhlükəsizlik qüvvələri əməkdaşlarının “canlarını xilas etmək” üçün tam hüquqa malik olduqlarını bildirib. Onun sözlərinə görə, onlar belə bir sanksiyanı Ukrayna Silahlı Qüvvələrinin komandanlığından alıblar.

 

Xatırladaq ki, Rusiya Ukraynada “hərbi əməliyyat” adlandırdığı müharibəyə fevralın 24-də başlayıb. Prezident Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsidir”.

 

**13:56



Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun mühasirəsi davam edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib.

 

Onun sözlərinə görə, Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan 1908 ukraynalı hərbçi təslim olub: "85-i qadın, 47-si uşaq olmaqla 177 nəfər xilas edilib. Hər kəsə ixtisaslı tibbi və psixoloji yardım göstərilib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.