Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib.
Senzor.az bildirir ki, dövlət başçısının imzaladığı sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru
Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatı Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.