Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 112,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar bahalaşaraq 110,28 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,63 dollar artaraq 121,62 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınıb - 135,99 dollar.