ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ağ Evin saytı yayıb.
Bildirilib ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini mayın 21-də imzalayıb.
Qeyd edək ki, mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermiş və sənəd imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi.
Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.