Ərdoğan NATO Baş katibinə İsveç və Finlandiya ilə bağlı şərtini açıqladı
“ONLAR BUNU ETMƏYİNCƏ...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Prezident Ərdoğan vurğulayıb ki, ölkəsi NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya ölkəsinin namizədliyinə münasibəti bu dövlətlərin sırf Türkiyə üçün mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə bağlıdır.

 

Türkiyə lideri bildirib ki, bu ölkələr fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müsbət qarşılamayacaq.

 

Söhbət zamanı NATO-nun Baş katibi də qeyd edib ki, təhlükəsizlik sahəsində Türkiyənin narahatlığını aradan qaldırmaq vacibdir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.