Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublika Prezidentinin rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, Duda bazar günü, mayın 22-də Ali Radada çıxış etmək üçün Kiyevə gəlib.
Polşa Prezidentinin mətbuat xidməti əlavə edib ki, Duda müharibə başlayandan bu günə kimi Ukrayna parlamentində çıxış edən ilk xarici ölkə başçısı olacaq.