Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Senzor.az bildirir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
**21:14(22.05.2022)
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb.
Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
**12:26
Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olmalıdır.
Senzor.az bildirir ki, İlham Əliyev və Nikol Paşinyanın görüşdə tərəflərin sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif etdiyi məqamları müzakirə edəcəkləri gözlənilir.
Habelə, münasibətlərin tənzimlənməsi və ya sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması məsələləri, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması məsələləri gündəmdə olacaq.
Qeyd edək ki, görüş barədə əvvəlcədən razılıq əldə olunub.
Onu da qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da olmuşdu.