Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü günortadan sonra Belçikaya işgüzar səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın baş naziri Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişel ilə danışıqlar aparacaq.
Belçika paytaxtında Paşinyanın Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşü və danışıqları da olacaq.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, danışıqların yekunlarına görə heç bir sənəd imzalanmayacaq.
Xatırladaq ki, bu formatda sonuncu görüş aprelin 6-da olub.
Senzor.az