Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı
GÜNDƏLİKDƏ ÇOX CİDDİ MƏSƏLƏLƏR VAR

Türkiyənin Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 26-da Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək.

 

Bu barədə “Anadolu” məlumat yayıb.

 

Xatırladaq ki, bir müddət əvvəl İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə rəsmiləri cavab olaraq bildiriblər ki, rəsmi Ankara bu ölkələrin “PKK problemi”nə yanaşmalarını nəzərə alaraq, onların Şimali Atlantika alyansına daxil olmasına “hə” deyə bilməzlər. NATO-ya daxil olmaq üçün isə bütün iştirakçı ölkələrin dəstəyini almaq lazımdır.

 

Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Şurası bu məsələ ilə yanaşı, İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı zonasındakı vəziyyəti, qonşu Yunanıstanın hərbi arsenalının artırılması kimi məsələləri də müzakirə edəcək.

 

Bildirilir ki, iclas iştirakçıları həmçinin “Türkiyə və Şimali Kipr Türk Respublikasının maraq və hüquqlarının müdafiəsi” mövzusuna baxacaq, ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.

 

Bundan əlavə, görüşdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı mövzusu gündəmə gətiriləcək və Türkiyənin münaqişənin həllinə töhfə verən sülh təşəbbüsləri barədə fikir mübadiləsi aparılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.