Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
YENİLƏNİB

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

 

Senzor.az bildirir ki, mayın 26-da Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

 

İclasla bağlı açıqlamada bildirilir ki, ölkənin cənub sərhədlərində həyata keçirilən və ya aparılacaq əməliyyatlar qonşu ölkələrin ərazi bütövlüyünü hədəf almır, milli təhlükəsizlik zərurətindən irəli gəlir.

 

Vurğulanır ki, beynəlxalq ittifaqlarda müttəfiqlik ruhuna hər zaman uyğun hərəkət edən Türkiyə müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözləyir. “Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələri buna son qoymağa və Türkiyənin təhlükəsizliklə bağlı həssaslığını nəzərə almağa çağırdıq”, - deyə açıqlamada qeyd olunub.

 

**11:42

 

Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək.

 

Senzor.az  xatırladır ki, bir müddət əvvəl İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə rəsmiləri cavab olaraq bildiriblər ki, rəsmi Ankara bu ölkələrin “PKK problemi”nə yanaşmalarını nəzərə alaraq, onların Şimali Atlantika alyansına daxil olmasına “hə” deyə bilməzlər. NATO-ya daxil olmaq üçün isə bütün iştirakçı ölkələrin dəstəyini almaq lazımdır.

 

Məlumata görə, Milli Təhlükəsizlik Şurası bu məsələ ilə yanaşı, İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı zonasındakı vəziyyəti, qonşu Yunanıstanın hərbi arsenalının artırılması kimi məsələləri də müzakirə edəcək.

 

Bildirilir ki, iclas iştirakçıları həmçinin “Türkiyə və Şimali Kipr Türk Respublikasının maraq və hüquqlarının müdafiəsi” mövzusuna baxacaq, ölkənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.

 

Bundan əlavə, iclasda Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı mövzusu gündəmə gətiriləcək və Türkiyənin münaqişənin həllinə töhfə verən sülh təşəbbüsləri barədə fikir mübadiləsi aparılacaq.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.