Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb: "Putin davam edən xüsusi hərbi əməliyyat kontekstində baş verən son hadisələr barədə həmkarlarına ətraflı məlumat verib. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini qeyd edib, Mariupolda dinc həyatın bərqərar olması üçün sistemli işin necə təşkil edildiyindən danışıb.
Kiyevin günahı ucbatından dondurulmuş danışıqlar yolundakı vəziyyətə xüsusi diqqət yetirilib. Vladimir Putin Rusiya tərəfinin dialoqun bərpasına açıq olduğunu təsdiqləyib”.