Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Bolqarıstana yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün keçirilməsi, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.